Afiəddin Məmmədov həbs olundu

HADİSƏ
19:25 / 21.09.2023
607

İctimai fəal Afiəddin Məmmədov cinayət məsuliyyətinə cəlb olunub.

“Qafqazinfo” xəbər verir ki, A.Məmmədov yaşadığı evin qarşısında bir nəfəri bıçaqlamaqda ittiham olunur.

O, polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxs qismində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü ( xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Xətai Rayon Məhkəməsində keçirilən iclasda təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək, kiməsə xəsarət yetirmədiyini deyib. Məhkəmə tərəflərin çıxışını dinlədikdən sonra qərar qəbul edib. Qərara əsasən A.Məmmədov barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Afiəddin Məmmədov “Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvünün sədri olub. Hərəkat bir müddət əvvəl ləğv edildiyini elan edib.

0