Azərbaycanda müəllim 37 yaşında vəfat etdi

HADİSƏ
17:26 / 22.09.2023
731

Sumqayıt Dövlət Universitetinin 37 yaşlı müəllimi Samin Qocayev vəfat edib.

Məlumata görə, o, sentyabrın 22-də səhər saatlarında qəfil ürəktutmasından dünyasını dəyişib.

Qeyd edək ki, mərhum 2014-cü ildən universitetdə Tarix və coğrafiya fakültəsinin Azərbaycan və Şərqi Avropa Tarixi kafedrasında baş müəllim vəzifəsində çalışıb.

Allah rəhmət eləsin!//Report

0