Azərbaycanlı qanuni oğru 21 il azadlıqdan məhrum edildi

HADİSƏ
15:34 / 23.09.2023
1344

Azərbaycanlı "qanuni oğru" Hacıbaba Talıbxanlı (Hacı Beyləqanski) 21 il müddətinə azadlıqdan məhrum edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Moskva Şəhər Məhkəməsi hökm çıxarıb.

Hacı Beyləqanski Rusiya Federasiyası Cinayət Məcəlləsinin 210.1-ci (Kriminal iyerarxiyada yüksək statusa malik olma) maddəsi ilə ittiham edilirdi. Məhkəmə bu ittiham üzrə onu təqsirli bilib. 

Hacı Beyləqanski 1982-ci ildə Azərbaycanın Beyləqan rayonunda anadan olub. 2012-ci ildə Dubayda "qanuni oğru" statusuna layiq görülüb. 
O, mərhum "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın adamı kimi tanınıb. 

Hacı Beyləqanskinin adı "qanuni oğru" Əlibala Həmidovun (Qoca Yasamalksi) qətlində hallandırılır. 

O, 2000-ci illərdən Rusiyada yaşayır. Hacı Beyləqanski kriminal dünyanda kifayət qədər nüfuzlu "qanuni oğru" hesab edilir. 

Rusiya Federasiyasında Cinayət Məcəlləsinə 210.1-ci maddənin əlavə edilməsi bir neçə il əvvəl baş tutub. Bu maddə Məcəlləyə əlavə edildikdən sonra xeyli sayda "qanuni oğru" azadlıqdan məhrum edilib. 

1