Bakıda qadınların "ürəyinə" yol tapan Elman Eminov kimdir? - VİDEO

HADİSƏ
16:52 / 02.10.2023
1105
Bakıda sosial şəbəkədə tanış olduğu qadınlara özünü iş adamı, usta və digər peşə sahibləri kimi təqdim edərək aldadan Elman Eminova hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, 1979-cu il tarixdə Şəmkir rayonunda dünyaya gələn Elman Eminov Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 178.2.2, 178.2.4, 263-1.1-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilib və ifadə vermək imtina edib.

"L ady Shop" mağazasının sahibi Elnarə Hətəmova (ad-soyad şərti) 2022-ci ilin dekabr ayının əvvəllərində sosial şəbəkə vasitəsi ilə Elman Eminovla tanış olduğunu bildirib. Onunla 2023-cü ilin yanvar ayının 3-də onun yaşadığı ünvanda görüşüblər. Elman onun evindən 1300 manat pulunu, 1000 manat dəyərində 585 əyar qızıl olan sepini və 750 əyar qızıl olan həmin sepin üzərindəki klonu oğurlayıb. 

Elman Eminov özünü imkanlı şəxs kimi təqdim edərək Zamirə Kəbiyevanın (ad-soyad şərti) evini kirayə götürüb. Anasının Rusiyada böyük imkanlarının olduğunu və Bakıya onun biznesini bura köçürmək istədiyinə inandırıb. Hava limanında anası qarşılaması adı ilə ondan 2500 manat pul alıb. Həmçinin kirayə qaldığı evdən 2022-ci ilin noyabr ayının 6-dan həmin ilin dekabr ayının 1-dək 90 manat dəyərində 1 çüt qadın ayaqqabısını, 170 manat dəyərində olan 1 cüt qadın çəkməsini, 1 ədəd 800 manat dəyərində qadın şubasını, İsveçdən gətirilmiş (20 kq) çəkidə qiyməti 1000 manat olan müxtəlif geyim əşyalarını, ümumilikdə 50 manat dəyərində 10 balon komport, 10 balon mürəbbə, 10 balon tuşulan, bir ədəd 70 manat dəyərində olan laqondanı oğurlayıb.

Elman Eminovun əməlindən zərər görən xanımlardan da biri Xətai rayonu, Əhmədli metrosunun yaxınlığında gözəllik salonunda makiaj və saç ustası işləmiş Zamirə Hüseynova (ad-soyad şərti) olub. Təqsirləndirilən şəxs onunla da sosial şəbəkədə tanış olub. Elman Eminov Zamirəyə Rusiyadan yeni gəldiyini, qızıl satışı ilə məşğul olduğunu bildirib. Onun 750 əyyarlı 1600 manat dəyərində qızıl üzüyünü və təmir üçün də istədiyi 100 manat pulunu ələ keçirib.

Fidan Rəhimova sosial şəbəkəsində "Motu” adlı profillə itinin xəstələnməsi ilə bağlı danışan zaman Elman ona heyvanı sağaldacağını, özünün də heyvan sevən olduğunu deyib, lazımdırsa dərman ala biləcəyini bildirib. Bu söhbətdən sonra onda Elmana qarşı inam yaranıb və evinə dəvət edib. Təqsirləndirilən şəxs evə qadına Rusiyadan yeni gəldiyini və Bakıda oteldə qaldığını bildirib. O, qadının evindən qızıl boyunbağı (4000 manat), qızıl kulo (300 manat), qızıl sep (500 manat), üzərində muncuqlar olan qızıl sep (350 manat), "Pandora" markalı qızıl komplekt (sırğa, üzük, sep və klon - 1500 manat), daha bir qızıl sep (400 manat), "Pandora” markalı qızıl üzük (400 manat), brilyant qaşlı qızıl nişan üzüyü (1300 manat), "Pandora" markalı qızıl sırğa (500 manat), digər iki cüt qızıl sırğa (300 manat), gümüş üzük (100 manat), gümüş sırğa (120 manat), bijuteriya dəsti (30 manat), sarı rəngli qolbaq, 2 ədəd gümüş sırğa, 1 ədəd gümüş üzük, 2 ədəd sarı rəngli sadə metaldan sep (300 manat), 100 ABŞ dolları və 100 manat dəyərində qəpik pullar, 250 manat dəyərində 3 ədəd qadın ətiri, hər biri 3 manat olan 10 ədəd cəmi 30 manat deyərində hava təmizləyici sprey, hər biri 3 manat olan 10 ədəd 30 manat dəyərində "Jilet” markalı üzqırxan oğurlayıb. 

Onun əməlindən ən böyük zərər çəkən qadın isə Gülnarə Rüstəmova olub. Özünü usta kimi təqdim edib, qadının evindən 7100 dollar, 7200 manat və ümumilikdə 49270 manat məbləğində qızıl-zinnət əşyaları oğurlayıb. 

Elman son qurbanı Çinarə Heybətova (ad-soyad şərti) olub. Onlar 7 yanvar 2023-cü il tarixdə sosial şəbəkədə tanış olublar və aralarında səmimi münasibət yaranıb. Təqsirləndirilən şəxs ona Rusiyadan Azərbaycana təzə gəldiyini, Bakı şəhərində milyon yarım dəyərində olan obyekt alıb brend marka qızıl-brilyant əşyalarının satışını həyata keçirdiyini deyib. Bu adla Elman onun 3800 manat dəyərində brilyant qaşlı qolbağını, 2500, 2700, 2000, 1200, 2500 manat dəyərində olan 5 ədəd brilyant qaşlı üzüklərini, 2 ədəd hər biri 1750 manat dəyərində olan qızıl qolbağını ələ keçirib. Bundan başqa Qəbələdən birlikdə geri qayıdan zaman "Ford Fusion” markalı, 77 PC 517 dövlət qeydiyyat nişanlı avtomobilini dərəyə aşırıb. Təkcə qadının sağlamlığına 25200 manat dəyərində zərər vurub. 

Bu ilin fevral ayının 23-də Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinə bir nəfər xanım müraciət edərək, sosial şəbəkədə tanış olduğu şəxsin onun evindən 100 dollar və ümumi dəyəri 4000 manat olan qızıl-zinət əşyalarının oğurladığını bildirib. Daxil olan şikayət əsasında saxlanılan Elman Eminov məhkəmənin qərarı ilə 5 il 8 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

0