Tərtərdə mina partladı, kənd sakini öldü

17:37 / 06.10.2023
368

Oktyabrın 6-da saat 17 radələrində Tərtər rayonunun Çaylı kəndi ərazisində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev piyada əleyhinə minaya düşməsi nəticəsində həlak olub.

Bu barədə HİT.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırma aparılır.

0