Bu gün səhər saatlarından başlayaraq İsrailə hücum edilib.
Əvvəlcə Qəzza zolağından kütləvi raket atışları başlayıb, ardınca silahlıların qurudan, sudan və havadan hücumu olub.
Hazırda Azərbaycanın “Eurovision 2021” təmsilçisi, müğənni Samirə Əfəndi və meneceri Aydan Topçibaşeva Təl-Əvivdədir.
“5000 raket. Hava limanı bağlanıb. Təl-Əviv partladılır. Bu partlayış səsləri və sirenlər sadəcə olaraq qorxuludur. Bizə deyirlər ki, oteldəki bomba sığınacağına enək. Allah hər şeyi yoluna qoysun”, - deyə müğənni sosial şəbəkə hesabında yazıb.