Sabiq məktəb direktoru rüşvətə görə ev dustağı edilib

11:36 / 12.10.2023
515

Xocavənd rayonunun Qaradağlı kənd orta məktəbinin sabiq direktoru İngilis Tağıyev barəsində cinayət işi başlanılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Tağıyev direktor işlədiyi müddətdə işçilərdən külli miqdarda rüşvət almaqda ittiham olunur.

Ona qarşı Cinayət Məcəlləsinin 311.3.3-cü ( külli miqdarda rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Yaşı ilə bağlı onun barəsində istintaq dövrü müddətində ev dustaqlığı qətimkan tədbiri seçilib.
Ətraflı

0