Tovuzda bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Böyük Qışlaq kəndində qeydə alınıb.
26 yaşlı kənd sakini Turan Rüstəmov aldığı güllə yarasından ölüb. İlkin məlumatına görə, silahla ehtiyatsız davrandığından əlində açılıb, hadisə yerində ölüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Baş Prokurorluqdan bildirilib ki, Tovuz rayonu Böyük Qışlaq kənd sakini, 1997-ci il təvəllüdlü Turan Rüstəmovun oktyabrın 20-də həmkəndliləri ilə ovda olarkən əlindəki ov tüfəngindən ehtiyatsızlıqdan atəş açılması nəticəsində xəsarət alaraq ölməsi faktı ilə bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır.