Şəkidəki qətlin təfərrüatı: kənddə müxtəlif evlərdə...

HADİSƏ
23:41 / 26.10.2023
647

Şəkinin Aşağı Küngüt kəndində baş verən qətlin bəzi təfərrüatları məlum olub.

Bu barədə "Report"a Aşağı Küngüt kənd icra nümayəndəsi Elsəvər Qasımov məlumat veribş.

O bildirib ki, oktyabrın 26-ı saat 16 radələrində kəndlərində yaşayan kürəkən və qaynın mübahisəsi sonda kürəkənin ölümü ilə nəticələnib.

Elsəvər Qasımov əlavə edib ki, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlu Oğuz rayon qeydiyyatıdır:

"O, Aşağı Küngüt kəndindən olan xanımla ailə qurduqdan sonra bu kənddə müxtəlif evlərdə kirayə yaşayıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu isə qətlə yetirilən Asif Həşimovun həyat yoldaşının qardaşıdır. İcra nümayəndəsinin sözlərinə görə, bu vaxta qədər kürəkən və qayın arasında hər hansı bir ədavətə şahidlik etməyib".

Kənd sakinlərinin sözlərinə görə, Asif Həşimov və Cavid İsayev kənd ərazisində mübahisə etdikdən sonra məsələni aydınlaşdırmaq üçün avtomobillə kənddən uzaqlaşıblar. Hadisə də həmin ərazidə baş verib.

​Qeyd edək ki, 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlu kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub. Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır.

0