Rusiyanın Sankt-Peterburq şəhərində axtarışda olan 18 yaşlı T.Məmmədovun Azərbaycanda saxlanıldığı deyilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sankt-Peterburqun və Leninqrad vilayətinin Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin Mətbuat xidməti “İzvestiya”ya açıqlayıb.
Məlumata görə, T.Məmmədov həmin şəhərdə sakinlərə hücum edərək hadisənin görüntülərini lentə alan yeniyetmələrdən ibarət dəstənin başçısı kimi axtarılırmış.
Bildirilir ki, yeniyetmələr sakinlərə hücum etdikləri anın görüntülərini teleqram kanallarında yaydıqdan sonra məşhurlaşıblar. Məsələ ilə bağlı Rusiyada cinayət işi başladılıb.
İlkin informasiyaya əsasən, dəstənin 10 üzvü artıq saxlanılıb. Rusiyanın İstintaq Komitəsi oktyabrın 28-i T.Məmmədovu beynəlxalq axtarışa verib. Hazırda onun saxlanıldığı və Rusiyaya ekstradisiya ediləcəyi gözlənilir.
Məsələ ilə bağlı aidiyyəti qurumlara da sorğu ünvanlamışıq.