Qətlə yetirilən qadın müğənnilərin SİYAHISI

17:45 / 03.11.2023
725

Son illər qadın cinayətlərinin sayı çoxalıb. Mütəxəssislət bununla bağlı həyəcan təbili çalır və qadın cinayətlərinin artmasının qarşısının alınması üçün mexanizm hazırlanmasını təklif edir.

Öldürülən qadınlar içində məşhur müğənnilər də var. Xüsusilə, son 3 ildə bu kimi məlumatlara tez-tez rast gəlinməyə başlayıb. Ya boşanmaq istədiyi, ya sənətində məşhurlaşdığına, ya da başqa bu qəbildən olan səbəblərə görə qətlə yetirilən müğənnilər var.

Hit.az son 3 ildə öldürülən qadın müğənnilərin siyahısını hazırlayıb.

Sözügedən siyahını təqdim edirik:

* 2020-ci ilin sentyabrın 3-də, gecə saat 02.00-da 1982-ci il təvəllüdlü Murad Şamilov həyat yoldaşı, 1985-ci il təvəllüdlü Şahanə Şamilovaya 18 bıçaq xəsarəti yetirib. Qadın hadisə yerindəcə ölüb və kişi polisə gedərək, törətdiyi əməli etiraf edib. Məlum olub ki, cütlük ayrı yaşayıb. Şahanə Şamilova boşanma üçün məhkəməyə müraciət edib. Qətl hadisəsindən əvvəl Murad Şamilov ona zəng vurub və boşanma ilə bağlı danışmaq üçün “Salt” hotelində görüş təyin edib. Qadın onun təklifini qəbul edib. Onların görüşü faciə ilə bitib. Qeyd edilir ki, qadın paytaxt restoranlarının birində müğənni kimi çıxış edirmiş.

*2020-ci ilin 4 sentyabr tarixində "Toylar kraliçası" müğənni Zəminə Məmmədovanın qızı qətlə yetirilib. "Musiqili meydan" yarışmasının iştirakçısı olan Şəhanə də müğənnilik edirmiş. Üç uşaq anası olan gənc qadını həyat yoldaşı qətlə yetirib. Hadisə qısqanclıq zəminində baş verib. Həyat yoldaşını bıçaqla öldürən Murad tutduğu əməlindən peşman olduğunu bildirib. 

*2021-ci ilin 30 iyul Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. 1988-ci il təvəllüdlü Mirzəyeva Aygün Vaqif qızı 8-ci kilometr qəsəbəsində yerləşən otellərin birinin hamam otağında olarkən , ona şəxsiyyəti hələlik naməlum olan şəxs 23 bıçaq zərbəsi vurulub. Məlumata görə, yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı Əli Məmmədov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Aygün Mirzəyevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürməyə cəhd edib. Məlumat üçün bildirək ki, Aygün Mirzəyeva müğənni olub.

*Ötən ayın 16-sı Bakıda qətlə yetirilən Yaqut Həşimova da müğənnilik fəaliyyəti ilə məşğul olurmuş. O, “Azəristar” yarışmasının iştirakçısı olub və şou-biznesdə Yaqut Nəriman kimi tanınır. Y.Nərimanı qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı Anar Həşimov onun xalası oğludur. Onlar 2013-cü ildə ailə həyatı qurublar və bir övladları var. Hadisə qısqanclıq zəminində törədilib. A.Həşimov daha sonra polisə gedərək könüllü təslim olub.

*Noyabrın 2-si Gəncə şəhərində Kəlbəcər rayon sakinləri üçün inşa edilmiş Yeni qəsəbə ərazisində 1989-cu il təvəllüdlü Səbinə Abbasovanın ölməsinə dair Kəlbəcər rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla 1984-cü il təvəllüdlü Hüseyn Abbasovun Yeni qəsəbə ərazisində bacısı Səbinə Abbasovaya bıçaqla xəsarətlər yetirərək, qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Hüseyn Abbasov iş üzrə şübhəli şəxs qismində tutulub. Hazırda ibtidai istintaq davam etdirilir. 

Kəlbəcər sakinləri üçün inşa edilmiş Yeni qəsəbədə binanın önündə öldürülən 1989-cu il təvəllüdlü Səbinə Abbasova müğənni kimi fəaliyyət göstərirmiş. Onu qətlə yetirən Hüseyn Abbasov isə mərhumun ata bir, ana ayrı qardaşıdır. O, Bərdə şəhərində yaşayırmış və Gəncəyə gələrək ögey bacısını qətlə yetirib.

Aynur Əli

0