Bakının Nərimanov rayonunda Ak.Həsən Əliyev küçəsi ilə Koroğlu Rəhimov küçəsinin kəsişməsində vətəndaşa məxsus çantasını əşyaları ilə birlikdə oğurlayıb 500 manat ziyan vuran şəxs saxlanılıb.
Qaynarinfo-nun məlumatına görə, 1989-cu ildə Bakı şəhərində anadan olmuş Nihad Kazımov (soyad-şərti) limon satan şəxsin çantasını oğurladığına görə məhkəmənin qərarı ilə, həbs olunub.
Belə ki, təqsirləndirilən Nihad həmin küçədə işıqforun yanında ağacların yanında bir ədəd bazar çantası görmüş onu götürərək oradan uzaqlaşaraq çıxıb getdiyini deyib.
O, həmin çantadan bir ədəd telefonu götürərək satıb və bank kartını istifadə edib. Tanımadığı taksidən istifadə etdiyi üçün üzərində pul olmadığına görə Azpetrolda ona 30 manatlıq benzin vurub. Nihad həmin kartdan təxminən 160-170 manata yaxın pul xərclədiyini etiraf edib.
Məhkəmə iclasında çıxış edən zərərçəkmiş şəxs Cavid (şərti-ad) bildirib ki, o, limon satan zaman Nihad ona məxsus çantasını əşyaları ilə birlikdə oğurlayıb 500 manat ziyan vurub. Ondan şikayətçidir.
Nihad İnzibati Xətalar Məcəlləsinin 206 və 227-ci maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və barəsində 1 ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilib.