Səhər saatlarında "Neftçilər" stansiyasında gərgin anlar: Həkimlər gəlsə də...

HADİSƏ
11:17 / 10.11.2023
425

Bu gün səhər "Həzi Aslanov-Dərnəgül" marşrutu üzrə xəttə çıxan qatarın maşinisti saat 6:06-da sərnişinin halının pisləşməsi barədə dispetçer mərkəzinə məlumat verib.

Bu barədə  "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

"Dərhal təcili tibbi yardım xidməti dəvət edilməklə sərnişin "Neftçilər" stansiyasında düşürüldükdən sonra dünyasını dəyişib. Tibbi personal 70 yaş civarında olan sərnişinin vəfat etməsi faktını təsdiqləyib. Allah rəhmət eləsin", - deyə əlavə edilib.

0