Polis Abşeronda özünü şübhəli aparan şəxsi saxladı

HADİSƏ
18:56 / 10.11.2023
493

Abşeron polisi şübhəli şəxsi saxlayıb.

DİN-dən verilən məlumata görə, rayonun polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Vüsal Baxşıyev şübhəli şəxs qismində saxlanılıb.

Ondan 17 qrama yaxın metamfetamin, 32 qramdan artıq marixuana aşkar olunub.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evdən əlavə 90 qramdan çox metamfetamin, 635 qram marixuana və bir ədəd tapança aşkar olunaraq götürülüb.

Araşdırma aparılır.

0