Avtomobili ilə alimi öldürən Azərbaycanın ən peşəkar toksikoloqunu nə gözləyir?

HADİSƏ
16:04 / 16.11.2023
923

Avtomobili ilə türkoloq alim Arif Acaloğlunun ölümünə səbəb olan şəxs Azərbaycanın tanınmış həkimi, toksikologiya üzrə mütəxəssis, Klinik tibbi mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudovdur.

Bakupost.az xəbər verir ki, Azərbaycanda ən ağır zəhərlənmə faktları zamanı yüzlərlə insanın həyatını xilas edən və daim zəhərlənmələr barədə mətbuata məlumat vermək üçün çıxış edən Azər Maqsudov ölkədə az sayda olan və ciddi ehtiyac duyulan kadrlardan biridir.

Çünki bütün bölgələrdən çox ağır zəhərlənmə diaqnozlu xəstələr bu şönbəyə gətirilir və 80% hallarda xəstə sağalır, ölüm statistikası azdır.

Tibb elmləri namizədi Azər Maqsudov 1989-cu ildən, yəni faktiki olaraq, sovet dövründən keçmiş Semaşkoda toksikoloq kimi çalışmağa başlayıb.

25 ildən artıqdır Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiridir.

1994-cü ildə doktor Azər Maqsudov Toksikologiya sahəsində ilk dəfə olaraq “Hemasorbsiya üsulu ilə qantəmizləmə və opium maddələri ilə zəhərlənmələr” mövzusunda dissertasiya müdafiə edərək Tibb üzrə Fəlsəfə doktoru elmi dərəcəsinə nail olmuşdur.
Onun rəhbərlik etdiyi Toksikologiya şöbəsi kimyəvi zəhərlənmələrin müayinə və müalicəsi ilə məşğul olur.

2015-ci ildə Binəqədi rayonunda Azadlıq metrosu yanında yerləşən hündürmərtəbəli binada yanğın hadisəsindən sonra xeyli sayda tüstüdən zəhərlənən sakinlər Kliniki Tibbi Mərkəzin Toksikologiya Mərkəzinə yerləşdirilmiş. Həmin günlərdə doktor Azər Maqsudov aktiv fəaliyyət göstərmişdir. Göstərdiyi effektiv fəaliyyətinə, yüksək peşəkarlığına görə o, Səhiyyə Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Bir sözlə, Azər Maqsudov Azərbaycan səhiyyəsində hələ yerini tutacaq mütəxəssis olmayan kadrdır.

Qeyd edək ki,Türkiyədə yaşayan türkoloq alim, İstanbul Mərmərə Universitetinin müəllimi, Milli Hərəkatçılar Birliyinin başqanı Arif Acaloğlu Bakıya konfransda iştirak üçün gəlmişdi.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə noyabrın 15-i saat 23:30-da Olimpiya Stadionunun yaxınlığında baş verib. Bakı şəhər sakini Maqsudov Azər Spartak oğlu etibarnamə ilə idarə etdiyi 90-DR-808 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobillə yaşadığı Şağan qəsəbəsi istiqamətində hərəkət edərkən yolu sağdan sola keçən Gürcüstan Respublikasının Bolnisi rayonunda anadan olan və Nərimanov rayonunda qeydiyyatda olan 67 yaşlı Acaloğlu Arif Mikayıl oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən yerləşdiyi 3 saylı şəhər Kliniki Xəstəxanasında dünyasını dəyişib.

Hadisə Arif Acaloğlunun yüksək sürətli avtomobil yolunun piyadalar üçün nəzərdə tutulmayan hissəsində avtomobilin qarşısına qəfil çıxması nəticəsində baş verib. Hadisədən dərhal sonra A. Maqsudov A.Acaloğlunu Sabunçu rayon mərkəzi xəstəxanasına aparıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. İstintaq tədbirləri nəticəsində A. Maqsudovun spirtli içki qəbul etməsi və narkotik vasitədən istifadə etməsini araşdırmaq üçün narkoloji dispanserdə müayinədən keçirilib. Onun bu kimi maddələrdən istifadə etmədiyi məlum olub.

Qeyd edək ki, avtomobillə piyadanın vurulub ölməsinə görə, hadisənin detalları tam araşdırlır və sürücünü sürücülük hüququndan məhrum etmə, 3 ildən 5ilə qədər həbs və ya icbari həbs gözləyə bilər.

0