Bakıda məşhur pubda dava-dalaş: 3 nəfər saxlanıldı

HADİSƏ
23:08 / 16.11.2023
368

Bakı şəhər Yasamal rayonu Mikayıl Müşfiq küçəsində yerləşən “Yaban” pubda dava-dalaş olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, gecə saat 00:10 radələrində pubda yeyib-içən 3 nəfər arasında münaqişə baş verib. Hadisə yerinə polis çağırılıb və həmin şəxslər saxlanılıb.

Araşdırmalar zamanı dava-dalaş salan şəxslərin 1999-2000-ci il təvəllüdlü gənclər olması müəyyən edilib. Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsində həmin şəxslər barəsində protokol yazılıb və məhkəmənin qərarı əsasında hər biri 150 manat cərimə edilərək sərbəst buraxılıb.

0