Gəncənin tanınmış iş adamı niyə həbs edilib? - Sevgi cinayəti

19:42 / 21.11.2023
590

Gəncənin tanınmış iş adamlarından biri Bakıdakı “Qəbələ” adlı restoranın icarədarını bıçaqladığı üçün həbs edilib. 

Qaynarinfo-nun məlumatına görə, hadisə iş adamının nigahdan kənar yaşadığı Gülnaz (ad şərti) adlı qadına görə baş verib. "Qəbələ" restoranın icarədarı Adil adlı adlı şəxs, inzibatçısı isə Gülnaz olub. 

Adilin işçisi olan Gülnazın dediyinə görə, Gəncə şəhərində böyük iş adamı kimi tanınan Zaur Kərimovla (soyad şərti) nigahdan kənar münasibətdə olub. Zaur Kərimov həyat yoldaşından boşanıb və Gülnazla birlikdə Bakıda yaşamağa başlayıb.

O, həm də Gülnazın Adilin işlətdiyi restoranda işləməsinin əleyhinə olub. Adil də Gülnazı sevdiyindən Zaur onu qısqanıb və bu səbəbdən aralarında dəfələrlə mübahisə yaranıb. Adil Zaura Gülnazla aralarında heç bir sevgi münasibətinin olmadığını deyəndən sonra onlara Əhmədlidəki “Legenda” adlı restoranında qonaqlıq verib. 

Həmin gün yeyib-içdikdən sonra Zaur Gülnazla evinə qayıdıb. Adilin Gülnaza zəng etdiyini görüb və telefonunu alaraq onu söyüb. Adil də Zaurun yaşadığı binayaya gələrək evinin qapısını döyüb. Zaur qapını açandan sonra Adil onu butulka ilə başından vurub. Sonuncu isə mənzilin mətbəxindən götürdüyü bıçaqla ona xəsarət yetirib. Nəticədə Adil ağır xəsarətlə xəstəxanaya yerləşdirilib və hadisədən bir neçə gün sonra Zaur saxlanılıb. 

Zaur məhkəmədə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib və Adili evinə hücum etdiyi üçün bıçaqladığınl bildirib. O, 9 ildir Gülnazla yaşadığını və Gəncə şəhərində böyük iş adamı olduğunu deyib. Sonra maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün Bakıya gəlib. Burada icarəyə restoran götürərək işlətməyə başlayıb. Bundan sonra Gülnazla Adilin arasında nəsə olduğunu eşidib. Bu səbəbdən Adillə danışaraq, aralarında nəsə varsa, ona deməsini istəyib: "Adil and-aman etdi ki, onların arasında belə bir şey yoxdur, istəsə telefon danışıqlarına da baxa bilər. Amma sonradan mənə məlum oldu ki, Adil dəfələrlə Gülnazdan məndən ayrılmasını və onunla birgə yaşamasını tələb edib".

Məhkəmənin qərarı ilə Zaur Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib və 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. 

0