Bugünkü yanğında ölən şəxs tanınmış stilistin dayısıdır - FOTO

HADİSƏ
15:37 / 23.11.2023
463
Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Binəqədi rayonu, Ziya Bünyadov prospektində inşaat materialları bazarında dəhşətli yanğın baş verib.
 
HİT.az bakupost.az-a istinadən xəbər verir ki, yanğın zamanı 1 nəfər vəfat edib, əraziyə cəlb olunan FHN işçiləri xəsarət alıblar.
Bakupost.az xəbər verir ki, yanğında vəfat edən şəxs mərhum Xalq artisti Ramiz Novruzun qızı, tanınmış stilist Şəfəq Novruzun dayısıdır.
 
Qeyd edək ki, hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin ümumilikdə 20 ədəddən artıq xüsusi texnikası və 85 nəfərdən artıq canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.
 

0