Yeniyetmə qız sənədlərini götürüb evdən getdi

HADİSƏ
10:30 / 13.12.2023
392

Masallıda yeniyetmə qız itkin düşüb.

HİT.az xəbər verir ki, rayonun Mollahəsənli kəndində yaşayan 71 yaşlı qadın polisə müraciət edərək nəvəsinin itkin düşdüyünü bildirib.

O qeyd edib ki, nəvəsi, 2008-ci il təvəllüdlü Leyla (şərti adlı) dekabrın 11-də paltarlarını və sənədlərini götürərək naməlum istiqamətdə gedib.

Müraciətlə bağlı Masallı RPŞ-də araşdırma aparılır.

0