Xəstəxanaya aparılan Xalq artistindən səhhəti ilə bağlı açıqlama

HADİSƏ
16:40 / 18.12.2023
432

"Yaxşıyam, narahat olmağa heç bir əsas yoxdur".

Bunu Hit.az-a açıqlamasında Xalq artisti Rafiq Əzimov səhhətində yaranan problemdən danışarkən deyib. 

Aktyor ayağının burxulduğunu qeyd edib:

"Yağışlı hava idi, yeriyəndə ayağım buruxuldu və yıxıldım. Xəstəxanaya gətirdilər, müayinə olundum və həkimlər qorxulu problemin olmadığını dedilər".

Qeyd edək ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru Xalq artisti Rafiq Əzimovun Lənkəranda qastrol səfəri zamanı başına iş gəldiyi bildirilib. Aktyor “Qarabağnamə” tamaşasının nümayişindən sonra yıxılıb və ayağı zədələnib.

Azra 

1