Həmişə olduğu kimi, bu Yeni il qabağı da küçələrdə “partapartlar” başlayıb. Pirotexniki vasitələrin Azərbaycana gətirilməsi qadağan olsa da, istər Yeni il, istərsə də Novruz bayramı öncəsi protexniki vasitələrin satışına rast gəlirik.
Hətta məktəb yaxınlığında yaşayan insanlar deyir ki, uşaqların dərsdən çıxdığını məhz bu səslərlə bilirlər.
Qeyd edək ki, hər bayramda bu cür pirotexniki vasitələrə görə bədbəxt hadisələrin də baş verməsinin şahidi olur, bununla bağlı xəbərlər oxuyuruq.
Kimisi yanıq xəsarəti alır, kimisi barmaqlarını və ya əlini itirir, kimisi kor olur, kimisi evini yandırır, hətta ölümlə nəticələnən bədbəxt hadisələr belə baş verir.
Ancaq hər il bu cür maarifləndirmə işlərinə baxmayaraq, küçədə azyaşlı uşaqların əlində bu cür “partladanları”, fişəngləri görmək mümkündür.
Tibb elmləri doktoru, professor Adil Qeybulla Hit.az-a şərhində bildirib ju, bu cür partlayıcılar insanların psixikasına mənfi təsir edir:
“Pirotexniki vasitələri ölkəyə müxtəlif yollarla gətirirlər, sonra da onun satışını qadağan edirlər. Qadağa bu cür olmur. Uşaqların bunu partlatmağı xeyli problem yaradır. Bu səslər xəstə, yaşlı adamların psixikasına pis təsir edir. Qəflətən bunların partladılması insanların səksənməsinə, müxtəlif reflekslərin yaranmasına səbəb olur”.
Sevinc