Çağırışa gedən təcili yardım avtomobilinin üzərinə ağac düşdü - FOTO

09:14 / 25.12.2023
609

Küləklə bağlı dünən axşam saatlarından indiyə kimi 25 çağırış olub.

Bunu Lənkəran Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin növbətçi həkimi Bəxtiyar Hadiyev APA-ya bildirib.

Onun sözlərinə görə, bu, əvvəlki günlərlə müqayisədə bir neçə dəfə çoxdur.

Qeyd edək ki, Lənkəranda külək ağacı çağırışa gedən təcili tibbi yardım avtomobilinin üzərinə aşırıb. Avtomobilə ziyan dəyib.

0