Piyada ölümlərinin artmasına səbəb nədir?

HADİSƏ
22:37 / 29.12.2023
707

Son vaxtlar ölkədə piyada ölümü ilə nəticələnən yol qəzalarının sayı artıb.

Gündüz saatları ilə yanaşı, ölümlə nəticələnən ən ağır qəzalar məhz axşam və gecə saatlarında qeydə alınır.

Açıqlanan statistik rəqəmlərə əsasən, cari 11 ay ərzində Bakı şəhəri üzrə pidayaların vurulması ilə nəticələnən 237 yol nəqliyyat hadisə qeydə alınmışdır ki, nəticədə 116 nəfər həlak olub, 137 nəfər isə xəsarət alıb.

Bu göstərici paytaxt üzrə ümumi qeydiyyata alınmış yol nəqliyyat hadisələrinin 59%-ni təşkil edir.

Piyada ölümlərinin artmasına səbəb nədir?

Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a açıqlamasında qeyd edib ki, piyadalar bəzən özlərini ölümə atırlar: 

“Belə hallarda günah əlbəttə ki, piyadadadır, amma bu o demək deyil ki, sürücü məsuliyyətdən tam azaddır. Sürücü ən azından sürət həddini aşmamalı olduğu ilə bağlı məsuliyyəti özündə hiss etməlidir. Belə hadisələr baş verdiyi hallarda sürücünün də həyatı bərbad hala düşür".

Ekspertlərin sözlərinə görə, vətəndaşlar adətən yollarda ayrılan piyada zolaqlarından  istifadə etmək istəmirlər. Piyada keçidlərinin olduğu yerləri xüsusi nişanlar və işıqlarla da təmin etmək lazımdır ki, bədbəxt hadisələrin qarşısını almaqda kömək etsin.

Sevinc

0