Əməkdar incəsənət xadimi, məşhur kinorejissor Cəmil Quliyevin başına iş gəlib.
Manset.az-ın məlumatına görə, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev yıxılaraq qolunu sındırıb. Xəstəxanaya çatdırılan məşhur rejissorun qoluna gips qoyulub. Hazırda evində müalicəsi davam edir.
Bu barədə məlumatı Cəmil Quliyevin köməkçisi Manset.az-a açıqlamasında təsdiq edib.