Ağdaşda 3,4 maqnitudalı zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən HİT.az-a verilən xəbərə görə, yerli vaxtla saat 10.35-də Mingəçevir stansiyasından 23 km cənub-şərqdə Ağdaş rayonunda zəlzələ qeydə alınıb.
Zəlzələ hiss olunmayıb.