Sumqayıtda evində kamera quraşdırmaq istəyən kişi yıxılaraq öldü

HADİSƏ
15:52 / 04.01.2024
345

Sumqayıt şəhərində 62 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Hadisə “Qurd dərəsi” yaşayış massivində qeydə alınıb.

1962-ci il təvəllüdlü Adıgözəlov Seymur Dadaş oğlu öz yaşadığı evdə müşahidə kamerası quraşdırmaq üçün ikinci mərtəbəyə çıxıb. Hündürlükdən yıxılan Seymur Adıgözəlov hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt şəhər prokuroluğunda araşdırma aparılır.//report.az

0