Azərbaycanlı uşaqlar yetim qızı döydülər, anaları telefona çəkdi

HADİSƏ
13:49 / 06.01.2024
900

Nijni Tagildə yetim sinif yoldaşını döyən beşinci sinif şagirdi olan qardaşlar yetkinlik yaşına çatmayan cinayətkarların müvəqqəti saxlanma məntəqəsinə yerləşdiriləcək. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sverdlovsk Baş İdarəsinin mətbuat xidmətinin rəhbəri Valeri Qorelix məlumat verib.

O qeyd edib ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bununla bağlı məhkəmə orqanlarına müvafiq təkliflər təqdim etmək niyyətindədirlər. Onun sözlərinə görə, bu, cinayət və inzibati işlər üzrə icraat başa çatdıqdan sonra baş verəcək. Hazırda məsələ nazirliyin rayon üzrə Baş İdarəsinin rəhbərliyinin nəzarətindədir.

Xatırladaq ki, yanvarın əvvəlində Nijni Tagildə 56 saylı məktəblə üzbəüz 5-ci sinifdə oxuyan iki qardaş tərəfindən döyülən yetim qız ağır xəsarət alıb. Qardaşların anası yaxınlıqda olub və davanı lentə alıb. İki yeniyetmənin ata və anasına övladlarını düzgün tərbiyə etmədiklərinə görə inzibati iş açılıb.

Qeyd edək ki, yeniyetmə qızı döyən uşaqlar azərbaycanlıdır.

0