Avto-qəzaların sayı niyə artır?

HADİSƏ
19:16 / 08.01.2024
581

Ötən il ərzində Bakıda müxtəlif küçə və prospektlərdə 1955 yol-nəqliyyat hadisəsi baş verib. 

Hit.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən ötən il ərzində görülən işlərə dair açıqlanan məlumatda bildirilib.

Açıqlanan məlumatdan bəlli olur ki, avtoqəzaların sayı azalmaq əvəzinə ildən ilə artır.

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Hit.az-a şərhində bildirib ki, ölkəmizdə yol-nəqliyyat hadisələrinin sayı getdikcə artır: 

"Bunun müxtəlif səbəbləri var. Ötənilki araşdırmalarımızın nəticələrinə əsasən, avtoqəzaların artmasının başlıca səbəbləri yol hərəkəti iştirakçılarının qaydaları pozması və bəzi yolların qaranlıq olmasıdır. Yol hərəkəti qaydalarını bilməyən sürücülərin səriştəsizliyi səbəbindən də qəzalar artır. Vətəndaşlar avtomobili idarəetmə bacarıqlarını inkişaf etdirməlidir. Bu mənada əsas məsuliyyət sürücülük kursları və məktəblərinin üzərinə düşür. Təəssüf ki, belə kursların əksəriyyətinin fəaliyyəti formal xarakter daşıyır. Onlar müraciətçilərə kifayət qədər bilik və bacarıq öyrətmirlər. Sürücülər yalnız yola çıxdıqdan sonra avtomobil sürməyi öyrənirlər".

Sevinc

0