Baş Dövlət Yol Polisi İdarəsi Elvin Basqallının düşdüyü qəza ilə bağlı açıqlama verib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb:
“Bu gün Bakı -Qazax magistralının Kürdəmirdən keçən 196-cı km, üzü Bakı istiqamətində hərəkət edən Elvin Vahid oğlu Basqallının idarə etdiyi “Hyundai Santafe” markalı 77 GT 210 nömrə nişanlı avtomobil sürüşərək yolun kənarına aşıb. Hadisə vaxtı avtomobildə sürücü Elvin Basqallı,qardaşı Nicat, anası və övladı olub. Onlardan xəsarət alan olmayıb”.