Son dövrlər baş verən qəzalarda ən çox “Pirus” markalı avtomobillərin adını eşidirik. Hər 10 qəzadan 7-sini məhz bu avtomobillərin iştirakı ilə baş verdiyini desək, yəqinki yalan olmaz.
Əslində bir həqiqət var ki, taksi şirkətlərində də ən çox “Toyota Pirus” markalı maşınlar seçilir. Elə məhz şəhər sakinlərinə maneə törədən də əsasən həmin taksi sürücüləri olur.
Maraqlıdır, qəzalarda “Prius” markalı avtomobillərin fəal iştirak etməsinə əsas səbəb nədir?
Nəqliyyat eksperti Aslan Əsədov Hit.az-a şərhində bildirib ki, qəzalar birmənalı olaraq, idarəetmədən asılıdır. Hər hansı bir nəqliyyat vasitəsinin standartlarına görə dövlətin qəbul etdiyi qaydalar var. Avtomobilin ili, həcmi və s. Avtomobillərin ölkəyə idxalında il qadağaları var:
"İli yeni olan avtomobilin texniki parametrlərini yoxlamağa ehtiyac yoxdur. 5 ilin avtomobilində çox ciddi problem ola bilməz. Ancaq bütün avtomobilləri dərindən yoxlamaq böyük vaxt tələb edir. Bunun üçün də avtomobili ölkəyə gətirən şəxslər onu yerində yoxlamalıdır. Ümumiyyətlə, bu tip qəzalar maşını idarə edə bilməyən sürücülərin məsuliyyətsizliyidir. Özünü idarə edə bilməyən insanlar kirayə avtomobil götürüb idarə edirlər, bu da qəza sayının artmasına səbəb olur".
Sevinc