Partlayışda özü öldü, qardaşı və bacısı oğlu ağır yaralandı

HADİSƏ
09:48 / 17.01.2024
502

Binəqədidə baş verən partlayışda həlak olanlardan birinin kimliyi müəyyənləşib.

Mebel sexində baş vermiş hadisə nəticəsində Zaur Qulu oğlu Cəfərov dünyasını dəyişib.

Bundan başqa, onun qardaşı Şahin Cəfərov və Nicat adlı bacısı oğlu da sözügedən partlayış nəticəsində ağır yanıq xəsarətləri alıb.
Mərhum bu gün Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Qeyd edək ki, hadisə nəticəsində bu saatadək xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, doqquz nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.//oxu.az

0