Bakının mərkəzində BMW “Prius”u vurub aşırdı - VİDEO

HADİSƏ
11:20 / 20.01.2024
398

Ötən gecə Bakının mərkəzində ağır yol qəzası baş verib. 

HİT.az  Qafqazinfo-ya istinadən xəbər verir ki, Xətai rayonu Yusif Səfərov küçəsində BMW və "Toyota Prius” markalı avtomobillər toqquşub.

Zərbənin təsirindən "Toyota Prius” aşıb və tamamilə yararsız vəziyyətə düşüb.

Hadisə nəticəsində 3 nəfərin xəsarət aldığı bildirilir.

0