64 yaşlı kişi dəm qazından boğularaq öldü

HADİSƏ
09:49 / 25.01.2024
363

Bakıda 64 yaşlı kişi dəm qazından boğulub.

HİT.az xəbər verir ki, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan 1960-cı il təvəllüdlü Xələfov Xələf Hacıbaba oğlu evin həyətində yerləşən hamam otağında dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

0