2 məktəblinin ölümü ilə bağlı DİN-dən AÇIQLAMA

HADİSƏ
16:02 / 08.02.2024
442

Zaqatalada 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan HİT.Az-a bildirilib ki, fevralın 8-i saat 13 radələrində Zaqatala rayonunun Göyəm kəndi ərazisində Emin İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobil ilə piyadalar, 2013-cü il təvəllüdlü üç azyaşlını vurub. Onlardan 2-si vəfat edib, digəri isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb.

 

0