Yataq xəstəsinin qızıllarını oğurlayan HƏBSDƏ ÖLDÜ

HADİSƏ
13:20 / 09.02.2024
389

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. 

Orada cəza çəkən məhkum Əhməd Məstanov dünyasını dəyişib.   

Onun xəstəlikdən öldüyü bildirilir. 

Qeyd edək ki, Ə.Məstanov oğurluğa görə həbs edilib. O, xəstə yatağında olan ahıl qadının qızıllarını oğurlayıbmış.

0