Şəmkirdə 9 uşaq dönərdən zəhərlənib - Vəziyyətləri açıqlandı

HADİSƏ
11:34 / 14.02.2024
332

Şəmkir Rayon Mərkəzi Xəstəxanasına qida zəhərlənməsi ilə bağlı 9 nəfər müraciət edib.

Bu barədə HİT.az-a TƏBİB-dən məlumat verilib. Bildirilib ki, fevralın 12-si Şəmkir RMX-nin Təcili tibbi yardım bölməsinə qida zəhərlənməsi şübhəsi ilə 4 müraciət, fevralın 13-ü isə 5 müraciət daxil olmaqla ümumilikdə 9 nəfər gətirilib.

Onların hər biri 3-11 yaş arasında azyaşlılardır (4 qadın cinsli, 5 kişi cinsli olmaqla) və hər birinə zəruri tibbi xidmətlər göstərilərək ambulator müalicə üçün evə buraxılıb. Vəziyyətləri qənaətbəxşdir.

Qeyd edək ki, “Report”un məlumatına görə, kütləvi zəhərlənmə dönərdən olub. Şəmkir şəhəri, 20 Yanvar küçəsində yerləşən “Mersin” dönər evindən aldıqları dönəri yedikdən sonra uşaqlar özlərini pis hiss etdiklərini bildiriblər. Bunlar 2015-ci il təvəllüdlü R.Quluyev, 2015-ci il təvəllüdlü C.Cəlilov, 2015-ci il təvəllüdlü Z.Nadirova, 2015-ci il təvəllüdlü İ.Məmmədova, 2020-ci il təvəllüdlü R.Məmmədov, 2014-cü il təvəllüdlü A.Məmmədli, 2017-ci il təvəllüdlü B.Məmmədli, 2018-ci il təvəllüdlü Ö.Məmmədli, 2013-cü il təvəllüdlü Ş.İsgəndərov və 2008-ci il təvəllüdlü A.Məmmədovadır.

0