Bakı-Qazax yolunda DƏHŞƏT - Mikroavtobus yük maşını ilə toqquşdu: Ölən və xəsarət alanlar var

HADİSƏ
09:13 / 24.02.2024
374


Bakı-Qazax magistral yolunun Göygöl rayonundan keçən hissəsində ölümlə və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

HİT.az report-a istinadən xəbər verir ki, Şəmkirdən Bakı istiqamətinə sərnişin daşıyan “Mercedes Vito” markalı mikroavtobus QAZ-53 markalı kiçiktutumlu yük maşını ilə toqquşub. 

Hadisə nəticəsində Şəmkir rayon sakini, 1981-ci il təvəllüdlü Duman Abdullayev ölüb. Hadisə zamanı habelə Şəmkir rayon sakinləri, 1965-ci il təvəllüdlü X.İsayeva və 1985-ci il təvəllüdlü V.Babayev xəsarət alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta ağır və ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.

0