Salyanda keçmiş baş həkim və arvadı öldürüldü

HADİSƏ
10:52 / 01.03.2024
557

Salyanda ər və arvad qətlə yetirilib.

"Report"un məlumatına görə, hadisə rayonun Kərimbəyli kəndində qeydə alınıb. Belə ki, naməlum şəxs və ya şəxslər tərəfindən kənd sakinləri, 1956-cı il təvəllüdlü Məmmədov İsrafil Əiməmməd oğlu və onun arvadı 1963-cü il təvəllüdlü Məmmədova Münəvvər Rza qızı evdə qətlə yetirilib.

Qeyd edək ki, İ. Məmmədov vaxtilə rayon poliklinikasının baş həkimi olub. Faktla bağlı araşdırma aparılır.

0