Yol qəza hadisələrinin sayı günü gündən artır.
Yol qəza hadisələrinin artması tək insan həyatına deyil, iqtisadiyyata da böyük ziyan vurur.
Sosial sahə üzrə ekspert Elxan Əliyev Hit.az-a deyib ki, baş verən avtoqəzalar nəticəsində yolun kənarlarına quraşdırılan təhlükəsizlik çəpəri sıradan çıxır.
Bununla yanaşı, işıq dirəyi, yüzdən çox yol nişanı və göstəricilər, həmçinin bardür yararsız vəziyyətə düşür:
"Qəzalar nəticəsində yararsız vəziyyətə düşmüş dəmir arakəsmələr və yol kənarı tirlərin təmiri məsələsi öz aktuallığını saxlamaqdadır. Əsasən yüksək sürətli yollarda quraşdırılan bu arakəsmələr təhlükəsizliyi təmin edən vasitədir. Ancaq qəza zamanı əzilmiş dəmirlər uzun müddət təmir olunmasa da, qarşısıalınmaz qəzaların baş verməsi üçün münbit şərait yaradır".
Sevinc