Bakının mərkəzində maşını yolun ortasında saxlayıb getdi: "Həkimə getmişdim" - FOTO

HADİSƏ
14:42 / 14.03.2024
581

Bakının mərkəzində "77 FM 207" dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti tamamilə iflic edib.

Trend xəbər verir ki, "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında, nəqliyyatın sıx hərəkət etdiyi Bəxtiyar Vahabzadə küçəsi 14-də sürücünün "Hyundai" markalı minik avtomobilini 1 saatdan çox yolun ortasında saxlaması, sözügedən ərazidə hərəkəti tamamilə iflic edib.

Maşınını yolun ortasında saxlayan şəxs digər nəqliyyat vasitələrinin gediş-gəlişini tamamilə dayandırıb. "77 FM 207" qeydiyyat nişanlı avtomobilin sürücüsünün bu xuliqanlığı digər sürücülərin ciddi narazılığına səbəb olub.

Təxminən 1 saat sonra hadisə yerinə qayıdan sürücünün əslində üzürü qəbahətindən böyük olub. O, heçnə olmamış kimi "Diş həkiminə getmişdim", - deyərək hərəkətinə bəraət qazandırmağa çalışıb.

Sözügedən görüntüləri təqdim edirik:

0