Sumqayıtdan Kürdəmirə gələn qonaq bıçaqlanıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupu məlumat yayıb.
Bildirilib ki, bu gün saat 11 radələrində Kürdəmir rayonunun Sığırlı kəndi ərazisində 2008-ci il təvəllüdlü şəxsin kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
Hadisəni törədən 2010-cu il təvəllüdlü bir nəfər müəyyən edilərək saxlanılıb.
Bıçaqlanan məktəblinin nənəsi Məlahət Nurməmmədova Baku TV-yə bildirib ki, nəvəsinə 13 bıçaq zərbəsi endirilib: "Uşağı küçənin ortasına ataraq gedib. Qonşu zəng edib ki, uşaq yerdə qalıb".
Məktəblinin babası Sadəli Nurməmmədov isə qeyd edib ki, hadisə dərsdən sonra baş verib.