Bakıda prospektdə sürücülər üçün təhlükə - VİDEO

HADİSƏ
17:58 / 22.03.2024
412

Bakının Heydər Əliyev prospektində yolun bir hissəsinin asfalt örtüyü dağılıb. Yolda iri dəlik əmələ gəlib və prospektdə hərəkət edən nəqliyyat vasitələri üçün problem yaranıb. 

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. Yoldan video paylaşan sürücülərdən biri bildirib ki, hərəkətdə olan avtomobil yolun dağılmış hissəsindən keçərkən təkərləri partlayıb. Nəticədə vətəndaşa maddi ziyan dəyib. Xüsusən gecə saatlarında sözügedən ərazidən keçmək avtomobillər üçün təhlükə yaradır. 

Qəza şəraitinə səbəb olan yolla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Qafqazinfo”ya cavab olaraq bildirib ki, problem aradan qaldırılacaq: “Məlumatımız var. Artıq tədbirlər görülür. Qısa müddətə problem aradan qaldırılacaq”.

0