Bakı metrosunda nasazlığa görə sərnişinlər "28 May"da təcili düşürüldü

HADİSƏ
10:46 / 04.04.2024
512

"Bakı Metropoliteni" QSC-nin "Həzi Aslanov-Dərnəgül" (Yaşıl xətt) üzrə hərəkət edən qatarın vaqonlarından birinin qapısında nasazlıq yarandığından, normativlərə uyğun olaraq, sərnişinlər "28 May" stansiyasında düşürülüb.

HİT.az xəbər verir ki, bununla bağlı məlumatı “Bakı Metropoliteni” QSC yayıb.

Məlumata görə, xətdən çıxarılan qatar yenisi ilə əvəz edilib.

Qeyd edilib ki, yaranmış problem qısa müddətdə aradan qaldırılıb.

0