Güclü külək Bakının Səbail rayonunun Əli Nəzmi küçəsi 2q ünvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evinin damını uçurub.
"Report"un xəbərinə görə, uçmuş dam evin içərisinə tökülüb.
Nəticədə iki nəfər - 22 yaşlı Əmiraslanov Murad İlham oğlu və 52 yaşlı Həsənova Gülbəniz Ərərstun qızı xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb olunub.