İki nəfərin ölümünə səbəb oldu - 7 il həbs cəzası verildi

HADİSƏ
14:35 / 05.04.2024
584

Bakı Ağır Cinayətlər Məhkəməsində ötən ilin 3 mart tarixində Sabunçu rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən sürücüyə hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, məhkəmə 1985-ci il təvəllüdlü Elçin Ağayevi Cinayət Məcəlləsinin 263.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-2 və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilib.

Məhkəmədə bildirilib ki, hadisə baş verən gün Elçin, dostları Anar, Vüsal və Əli ilə birgə “Vaz” markalı avtomobillə yola çıxıb. Onlar yolda olarkən başları söhbətə qarışıb və maşın saatda 80-90 kilometr sürətlə hərəkətdə olarkən qarşıda dönmə manevri edən “Mercedes”ə çırpılıb. Nəticədə “Mercedes”in sürücüsü 46 yaşlı Əzizov İlkin Xası oğlu və Elçinin sərnişini 40 yaşlı Moqomov Əli Şamil oğlu hadisə yerində vəfat edib. Digər şəxslər isə xəsarət alıb.

Məhkəmənin hökmü ilə qəzaya səbəb olan sürücüyə 7 il həbs cəzası verilib. İbtidai istintaq və məhkəmə prosesi ərzində polisin nəzarəti altında olan Elçin məhkəmə zalındaca həbs edilib.

0