Yük avtomobilin altında gizləndi, Gürcüstandan Bakıya gəldi

HADİSƏ
21:22 / 05.04.2024
553

Gürcüstandan Azərbaycana yük avtomobilinin alt hissəsində gizlənərək keçən Türkiyə vətəndaşına hökm oxunub.

Qaynarinfo-nun məlumatına görə, 26 sentyabr 2001-ci ildə İstanbulda anadan olmuş Sultan Günel (ad-soyad-şərti) 3 yanvar 2024-cü il tarixdə təxminən saat 10-11 radələrində "Qırmızı Körpü" sərhəd nəzarəti məntəqəsində yük avtomobilinin altında gizlənərək sərhəd nəzarətindən yayınaraq Azərbaycan ərazisinə daxil olub. Onun avtomobilin altında keçməsindən sürücünün də xəbəri olmayıb. 

Sultan Günel işləmək üçün Bakı şəhərinə gəlib. Burada bir günlük axtarışlardan sonra iş tapa bilmədiyindən yenidən Türkiyəyə dönmək qərarı verib. 5 yanvar 2024-cü ildə səhər saatlarında Bakı Hava Limanına yollanıb. Orada isə sərhədçildər tərəfindən saxlanılıb. 

Aparılan araşdırma zamanı Sultan Günelin İstanbul şəhərindən işləmək məqsədi Avropa ölkələrinə getmək qərarına gəldiyi məlum olub. Türkiyə istiqamətindən Avropaya keçə bilmədiyindən Gürcüstan vasitəsi ilə bu işi həyata keçirmək qərarına gəlib. 31 dekabr 2023-cü il tarixdə özünə məxsus şəxsiyyət vəsiqəsindən istifadə etməklə dövlət sərhədini keçərək Gürcüstanın Batumi şəhərinə gedib. Orada davaya qarışdığından polisdən yayınmaq üçün Batumi şəhərində tanımadığı taksiyə minib və Gürcüstan-Azərbaycan sərhədinə gəlib. Gürcüstanla Azərbaycanın quru sərhədləri bağlı olduğu üçün tanımadığı yük maşının altında gizlənib. Həmin yük maşının altında Bakıya kimi gəlib və burda çıxıb. 

Məhkəmənin hökm qərarı ilə Sultan Günel həbsdə olduğu 2 ay 14 gün nəzərə alınaraq dərhal məhkəmə iclas zalında azad edilib və 1000 manat cərimə olunub. 

0