Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb.
HİT.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Goranboy rayonunda qeydə alınıb.
Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Gəncə regional qrupundan bildirilib ki, faktla bağlı Goranboy rayon Polis Şöbəsinə müraciət daxil olub. Araşdırmalar zamanı yetkinlik yaşına çatmayan şəxsin evlənmək məqsədi ilə Şəmkir rayonuna getməsi məlum olub.
Goranboy və Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində şəxsin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Araşdırmalar davam etdirilir.