Müsavat başqanlığına keçmiş namizəd qətlə yetirilib - İş yoldaşı tutuldu

HADİSƏ
16:04 / 14.05.2024
542

İtkin düşmüş Müsavat partiyası fəalının qətlə yetirildiyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Mehdi Məhəmməd oğlunun itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

1964-cü il təvəllüdlü Natiq Mehdi Məhəmməd oğlunun iş yoldaşı 1966-cı il təvəllədlü İslamov Elsevər Eldar oğlu tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirilməsinə əsaslı şübhələr müəyyən edib. Elsəvər İslamov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Hazırda araşdırma aparılır.

Qeyd edək ki, Natiq Mehdi Məhəmməd oğlu Müsavat partiyasının fəallarından olub. O, bu ay keçirilən seçkidən əvvəl başqanlığa namizəd idi.

0