Qəbələdən Bakıya helikopterlə təxliyə olundu - FOTOLAR

HADİSƏ
12:55 / 17.06.2024
431

İyunun 15-i Qəbələ Dəmir Yolu Vağzalının qarşısında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 5 nəfərdən biri ötən gün Qəbələdən Bakıya helikopterlə təxliyə olunub.

HİT.az-ın məlumatına görə, açıq kəllə-beyin travması, beyindaxili qansızma, qapalı döş qəfəsi travması, çoxsaylı qabırğa sınığı diaqnozu qoyulmuş 1999-cu il təvəllüdlü qadının vəziyyəti kritik-ağır olaraq qiymətləndirilib.

Həmin şəxs xarici vətəndaş olub. Daha ixtisaslı tibbi yardım üçün TƏBİB və Fövqəladə Hallar Nazirliyinin birgə səyi nəticəsində 2 həkim, 1 tibb bacısından ibarət həkim briqadasının yer aldığı FHN-ə məxsus helikopterlə, 2 təcili tibbi yardım  və 1 yerli həkim briqadasının nəzarəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb müəssisəsinə uğurla təxliyə olunub. Proses təxliyə qaydalarına tam uyğun şəkildə həyata keçirilib.

Təxliyə zamanı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin tibbi briqadası pasiyentin vəziyyətini nəzarətdə saxlayıb.

0