Evlilik ildönümünə tort sifariş edilmişdi - Zaqatalada ölən gəncin acı taleyi

HADİSƏ
15:19 / 26.06.2024
678

Zaqatalada boğazında qalan alça tumundan dünyasını dəyişən 30 yaşlı oğlanla bağlı ürəkdağlayan məlumat yayılıb.

Lent.az xəbər verir ki, bədbəxt hadisə nəticəsində ölən Bəhruz Sulxayevin dünən evliliyinin 5-ci ildönümü imiş.

Həyat yoldaşı bu münasibətlə rayondakı şirniyyat sexlərindən birinə tort sifariş edib. Sifarişi götürmədikləri üçün xanıma zəng ediblər. Xanım isə ağlaya-ağlaya həyat yoldaşını itirdiyini deyib. 

Qeyd edək ki, rayonun Mamrux kənd sakini, 1994-cü il təvəllüdlü Bəhruz Sulxayev alça yeyərkən meyvənin tumu boğazına gedib. Nəticədə o qanaxmadan dünyasını dəyişib.


 

0